Digər

Azərbaycan haqqında inşa – Azerbaycan haqqinda insa

Azərbaycan haqqında inşa - Azerbaycan haqqinda insa

Azərbaycan haqqında inşa – Azerbaycan haqqinda insa

 

Vətən haqqında iNşa

Vətən millətimiz üçün müqəddəs varlıqdır.  Vətənimiz, bizə ruzi-su verən bu ölkəyə sədaqət borcumuzdur.

Vətənə xəyanət etmək olmaz, ona görə də bu cənnəti bizə qanı, canı ilə bəxş etmiş əcdadlarımızın əmanətinə sarılmalı, bu cənnət vətənə sədaqət borcumuzu ödəməli, vətənimizi qorumamalıyıq, onu öz canımızdan çox sevməliyik. ” Torpaq, əgər uğrunda ölən varsa vətəndir”. Uğrunda öləcək bayraq varsa o da vətəndir.  Rəbbimizin bir əmanəti olan bu cənnət diyarını o dərəcədə sevməliyik ki, bir gün atalarımız kimi qanımızı da tökə bilək və gələcək nəsillər bu sevgini insana aşılayaraq bu cənnət diyar üçün nə edəcəyini bilsinlər. övladlarımızın canları bahasına da olsa…

Bir millətin sahib olduğu  ən önəmli şey vətənidir.  Bayraq bu vətənin müstəqilliyinin rəmzidir.  Nə qədər ki, o bayraq dalğalanmaqda davam edir, bu o deməkdir ki, bir xalq öz varlığını, vətənini qoruya bilir/qoruya bilib.  Vətən, bayraq hər bir xalq üçün müqəddəsdir.İnsan vətənini sevərsə, Vətəni üçün çalışar.  Lazım olanda canını verməyə hazır olmaldır.  Bu məntiqlə əcdadlarımız bu vətəni düşməndən xilas edib, bizə buraxa bildilər.  Onlar bizim üçün, vətənimiz üçün canlarını fəda etdilər.  Müstəqillik xalqımıza yaraşır və atalarımız bu müstəqilliyə nail olmaq üçün milli mübarizəni davam etdiriblər.  Buna görə də , bayrağımız hələ də səmada dalğalanmağa qadirdir.

Qanadı sınmış quş bənzətməsi vətəni olmayana yaraşır.  Onlar böyük bir dünyada tək olduqlarını hiss edirlər.  Yalnız səfər üçün də olsa, Vətənimizdən ayrılanda həsrət çəkirik.  Vətəni olmayanın vəziyyəti bundan qat-qat ağırdır.Adətlərimizdə vətən, bayraq böyük məhəbbətlə qucaqlanır.  Hər milli bayramda bayrağımız evlərin eyvanlarından, pəncərələrindən dalğalanır.  Hərbi xidməti keçəcək gənclərimiz bayraqları nağara, zurna ilə qucaqlamaqla keçir.  “Vətən naminə qurban olum” deyib övladları ilə vidalaşırlar.   Vətən uğrunda şəhid olanların tabutları bayraqlara bükülür.  Bayraq heç vaxt yerə qoyulmur, ayaqlar altında tapdalanmır.  Bir çox ölkələr öz bayraqlarından paltar və əşyalar düzəldərlər.  Vətənə, bayrağa o qədər böyük sevgimiz var ki, onu nə olursa olsun endirmək istəmirik”.Sevgi hissi ilə baxırıq, bu sevgi ilə sevinirik.

Vətən bir xalqı birləşdirən bütün mədəni və coğrafi dəyərləri özündə cəmləşdirir.  Bizi biz edən vətənimizdir.  Ona görə də hər bir türk vətən sevgisi ilə böyüyüb.  Biz ölkəmizi çox sevirik və bunun üçün hər şeyi etməyə qadirik .  Biz bütün qəlbimizlə vətənimizə sadiqik.  Tarix boyu girdiyimiz milli mübarizələr də bunun göstəricisidir.  Bu sevgidən uzaqlara gedəndə vətən üçün darıxırıq, Vətən həsrəti çəkirik.

”resim-aciklamasi”

Vətənə xəyanət ən böyük cinayətlərdən biridir.  Bütün dünyada dövlətlər bu cinayətə ən ağır cəzanı ona görə veriblər ki, vətəni satmaq çox ciddi və ağır işdir.

Vətənimizi sevməli, onun qədrini bilməliyik.  Onu qorumaq üçün şəhidlərə rəhmət diləməli, qazilərə hörmət etmək lazımdır.

Vətən dil, din, mədəniyyət və adət-ənənə kimi mədəni dəyərləri özündə daşıyan bir torpaq parçasıdır.

Vətənpərvərlik insanların ən müqəddəs və qürurverici cəhətlərindən biridir.  Çünki vətən insanın doğulub boya-başa çatdığı, uşaqlığının keçdiyi, ağrı-acısını, xoşbəxtliyini yaşadığı yerdir.  Vətən torpaq, ev yurd deməkdir.  Ölkəmiz bizim hər şeyimizdir.  Sərbəst yaşaya biləcəyimiz, ortaq dilimizin danışdığı, dinimizə əməl edə biləcəyimiz yer deməkdir.  Vətən ruh, yaşamaq sevinci, əsarətə məhkum edilməmək deməkdir.

 

Mən Vətənpərvərəm

Vətən bizim yaşadığımız kənddən,şəhərdən qəsəbədən,rayondan başlanır.Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən,dibi görünməyən yamyaşıl meşələrdən ,durna gözlü bulaqlardan,çoşqun çaylardan,mavi göllərdən başlanır.

Vətən müqəddəsdir,ülvidir.Onun hər şeyi dağı,daşı,torpağı,suyu,səması bizim üçün əzizdir,doğmadır.

Əgər öz yaşadığın yerin,ozuyub təhsil aldığın,boya-başa çatdığın torpağın keçmişini,bu gününü yaxşı bilməsən,onun sərvətini qoruma,çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan,sən əsl vətəndaş ola bilməzsən.

VətənBU kəlmə nə qədər də mənalı və dərindir.Deyilişi şirin olduğu kimi,məzmunu,qayəsi də yüksək və hikmətlidir.

Biz ona dedikde vətəni,vətən dedikdə anamızı düşünürük.Çünki vətən də bizə anamız qədər doğma,anamız qədər əzizdir.Ana müqəddəsliyi vətən müqəddəsliyi,vətən ucalığıdır.

Mənim vətənim Azərbaycandır.Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm,bütün varlığımla bu füsunkar diyara bağlıyam.Mənim vətənim gözəlliklər məskəni,gözəlliklər diyarıdır.Mən vətənimin laləli çöllərini,zirvəsi ağ örpəkli,ətəyi yaşıl meşəli dağlarını,coşqun çaylarını,füruzə qaşlı üzüyə bənzər güllərini,şır-şır axan bulaqlarını canımdan artıq sevirəm.Yaşıl ormanlar,mavi səma,ağ çalmalı dağlar,dərələrdən axan şəffaf çaylar,yurdumun füsunkarlığını birı-min artırır.Təbiətin əfsanəvi gözəli Göygölə kim vurulmaz?!

Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında şairlərimiz,yazıçılarımız çoxlu əsərlər yazmış,bəstəkarlarımız musiqi bəstələmiş yazıçılarımız öz əsərlərində dolğun əks etdirmişlər.

Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur,heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki,insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır,göyün bütün işığı və nuru onun qəlbinə,fikrinə dolur.Mən də bütün qəlbimdə ana ocağa,ata yurdum Azərbaycana – Odlar diyarına,bu müqəddəs torpağa bağlıyam.Onun fərəhi mənim fərəhim,onun kədəri mənim kədərimdir.

İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir.Sonsuz əngəlliklərə,doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər,hələ beşikdə çırpınan balaca körpələrimizin ürək qəlbləri ancaq bu nəğməni zümzümə edir.Bu nəğməni hərə bir cür oxuyur.Onu döyüş harayi,Koroğlu nərəsi,qılınc zərbəsi ilə də oxuyanlar olub.Bulaq pıçıltısı,qadın isməti,Nigar vəfası,Həcər sədaqəti ilə oxuyanlar da.

Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm var.Bu nəğmənin hər kəlməsi Vətəndir,hər notu,hər səsi Vətən sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir.

Mən öz Vətənimi – doğma Azərbaycanımı hədsiz məhəbbətlə sevirəm.Mənim müqəddəs borcum Vətənə,onun çiçəklənməsinə xidmət etmək,Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır.Xüsusən indiki vaxtda , Vətən ərazisinin 1/5 hissəsinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla,bütün canımla onu qorumağa hazıram.Mən bu gün Vətənə borcumu oxumaqla,sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla,iqtisadiyyatın və mədəni-siyasi müxtəlif sahələrində çalışmaqla verəcəyəm.Vətəni qorumaq ,onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi,vətəndaşlıq borcudur.

Vətən sevgisi nədir?İlk baxışdan mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir.Vətəni sevmək,Vətən naminə yaşamaq,ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət,peşə sahibi olmağa lüzum yoxdur.Fəhlə də,həkim də,alim də Vətən üçün yaşaya,öz əməli ilə Vətənin şöhrətini artıra bilər.Kifayətdir ki,ürəkdə təpər,istək,təəssübkeşlik olsun.Əsgər döyüş meydanlarında vuruşur,Vətən qarşısında borcunu səngərdə yerinə yetirir.Fəhlənin,mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır.Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər.

Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla,Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur.

Vətən torpağı bizim üçün səcdəgahdır,toxunulmazdır,müqəddəsdir.Əsl vətəndaş odur ki,öz vətənini öz qəlbi ilə,cani ve qanı ile sevir.Onun azadliq ve istiqaliyyəti uğrunda hər an canını qa verməyə hazirdır.İnsan həyata bir defe gəlir və bir dəfə nə vaxtsa köçüb gedir.Lakin Vətən uğrunda canıdan keçən qərəmanlar əbədi bir həyata qovuşur,ölənlərdən sonra şərəflə yad edirlər.

Ana Vətenimiz Azerbaycan Cavanşir,Babək,Koroğlu,Mehdi,Qafur,Hezi kini igidlər yurdudur.Bu qəhrəmanlar Vətəmizin azadlığı,xoş həyatı namiə mübarizə aparmış,bu yolda öz canlarını da qurban vermişlər.

Fikrləşirəm ki, niyə bıs indi elə igidlər qəhrəmanlar yetişdirmiş bu torpaq?Hanlı igir Babəklər,Qoç Koroglular,Qaçaq Nəbilər?Bəlkə keçmişimizə güvənib bu günümüzü itirmişik.

Fikirləşdikcə də nə qədər səhv düşündüyümü,səhvə yol verdiyimi anlayıram.Şəhidlər Xiaybanı yaıma düşür.Şəhid ruhralı qarşısında özünü müqəssir görür,Fikirlərimdən özüm utanıram.Həyatda nakam getmiş bu vətən övladlar doğma yurda sədaqət rəmzi,məhəbbət sinvoludurlar.Onlar vətən uğrunda vuruşmuş,vətən uğrunda canlarını qurban vermişlər!Eşq olsun belə qəhrəmanlara.Eşq olsun onların amalına məskəninə!Bax budur esl vətəndaşlıq borcu,vətəndaşlıq amalı.

Vətən müqəddəsdir,vətən əzizdir.Bizim bütün sevgilərimizin əvvəlidə,axırıda vətənlə bağlıdır.

Mən “Vətən” anlayışını müqəddəsliyini dahi Üzeyirin Koroqlu verturasını dinləyəndən,Sabirlə Mirzə Cəlili oxuyub dərk etməyə başlayandan duymuşam.Bu müqəddəslik mənim qəlbimə ana laylası ilə,ana zümzüməsi ilə axıb,Vətən təkcə torpaq,yurd-yuva deyil.Vətən bizik,hamımızıq.Onun dünəninə də,bu gününə də və sabahına da hamımız cavabdehik.Əməyimizlə lazım gəlsə canımızla və qanımızla.

Vətən dəyişmir, satılmır,köhnəlmir,qocalmır.O tabe qismətidir,ulu yaradan tərəfindən bizlərə bəxş olunub.Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur.O əbədi və əzəlidir.Onun göylərində əcdadlaımızın ruhları dolaşır.Bu vətəni bizlərə babalarımız ərmağan etmişlər.Əcdadlarımız onun uğrunda vuruşmuşlar,qan tökmüşlər,yağılardan qorumuşlar.Bu vətəndə övladlarımız dünyaya gələcək

Vətən yalnız üstündə gəzmək,qayğısız ömür sürmək,sərvətlərinə,gözlərinə baxıb güllənmək üçün bu məkan deyildir.Biz vətənimizlə qurur duyduğumuz kimi,həmdə onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.

Mən də öz ölkəmin vətəndaşıyam.Vətən qarşısında məndə bütün həyatımı,bütün varlığımı borcluyam.Lazım gələrsə,vətən uğrunda hər an canımı qurban verməyə hazıram.Bu,təkcə mənim yox,mənim kimi bütün gənclərin fikridir.Biz hər an vətənin keşiyindəyik,hər an canımızla,qanımızla onu müdafiyə etməyə hazırıq.

 

Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir.

 

Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır.
Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “ xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Prezidentimiz İlham Əliyev demişdir : “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”.
Bağçada uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün müxtəlif üsullardan istifadə edirlər, hər gün himn səsləndirilir , vətənpərvərlik mövzusunda mahnı və şerlər öyrədilir , uşaqlar dövlət atributlarının şəkillərini çəkirlər. Ailədə vətənə məhəbbət hissi aşılanmasa , bağçada aparılan işlərin təsiri az olur. Çünki, uşaq bağçadan çox, anadan , atadan aldığı informasiyanı ürəklə qəbul edir.
Vətənpərvərlik hissinin aşılanması məktəbdə davam etdirilir . Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb- oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur .
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.
Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət- Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” – bu sözlər Ulu öndərimizə məxsusdur. Bəli , biz də fəxr edirik ki, Azərbaycanlıyıq.
Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.

 

Vətən

 

Vətən – doğma diyar, ana yurd…
Vətən – babaların, dədələrin əmanəti…
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır…
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.

Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.
Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.
Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.”

İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.
Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on km-lərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.

Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.

Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında eyni məsuliyyəti daşıyır.
Quran-i Kərimdə Allah Təala buyurur ki: “Müsəlman müsəlmanın qardaşıdır.” İnsan qardaşına xəyanət etməz, onu utandırmaz. Bir müsəlmanın namusu, malı və qanı başqa müsəlmana haramdır.

Vətənimizin atributları bizim üçün müqəddəsdir.

  • Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür.
  • Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.
  • Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir.

 

 

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nəzər yetirin
Close
Back to top button