Digər

Yanvar ayında baş vermiş hadisələr

Yanvar ayında baş vermiş hadisələr

16 yanvar tarixində olan hadisələr

  • 1556 — II Filipp (şəkildə) İspaniyanın kralı oldu.
  • 1778 — Fransa ABŞ-ın müstəqilliyini tanıdı.
  • 1920 — ABŞ-da “Quru qanun” qüvvəyə mindi, spirtli içkilər istehsal etmək, satmaq və qəbul etmək qadağan edildi.
  • 1956 — Misir müstəqillik əldə etdi.
  • 1973 — “Luna 21” kosmik stansiyası Ay səthinə uğurlu eniş etdi.
  • 1979 — İran şahı öz ailəsi ilə birlikdə ölkəni tərk edib Misirə qaçdı.
  • 1992 — Mexikoda Salvador rəsmiləri ilə üsyançıların rəhbərləri arasında imzalanan Çapultepek sülh razılaşması 12 illik Salvador vətəndaş müharibəsinə son qoydu.

17 yanvar tarixində olan hadisələr

  • 1605 — Don Kixot romanı ilk dəfə nəşr olunmuşdur.
  • 1773 — Ceyms Kuk və onun komandası Antarktik dairəyə yaxınlaşmışlar.
  • 1860 — rus yazıçısı Anton Çexov anadan olmuşdur (ö. 1904)
  • 1852 — Sand-River müqaviləsi ilə İngiltərə, Transvaaldakı (Cənubi Afrika) Boer müstəmləkələrinin istiqlalını qəbul etmişdir.
  • 1942 — məşhur ABŞ boksçusu Məhəmməd Əli anadan olmuşdur.
  • 1944 — İkinci dünya müharibəsinin ən uzun və qanlı döyüşlərindən biri – Monte Kasino döyüşü başlamışdır.
  • 1946 — BMT Təhlükəsizlik Şurasının ilk yığıncağı olmuşdur.
  • 1991 — “Səhrada tufan” hərbi əməliyyatı çərçivəsində müttəfiq ölkələrin təyyarələri İraq və Küveyti bombalamışlar.
  • 2001 — Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycannın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul etmişdir

 

  • 18 yanvar tarixində olan hadisələr

  • 1654 — Pereyaslav radasında Ukraynanın Rusiyaya birləşməsi haqqında qərar qəbul edildi.
  • 1670 — Henri Morqan Panamanı ələ keçirdi.
  • 1896 — Nyu-Yorkda Rentgen cihazının ilk təqdimatı baş tutdu.
  • 1911 — İlk dəfə təyyarə gəminin üzərinə eniş etdi. Pilot Yucin B. Elay, San-Fransisko limanındakı “USS Pennsylvania”nın göyərtəsinə enmişdir.
  • 1943 — İkinci dünya müharibəsi: Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
  • 1990 — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 13 yanvarda başlayan iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.
  • 2005 — 800 sərnişin tutumlu “Airbus A380” təyyarəsi Fransanın Tuluza şəhərində mətbuata təqdim edilib.
  • 19 yanvar tarixində olan hadisələr

  • 1853 — Romada Cüzeppe Verdinin “Trubadur” operasının ilk tamaşası keçirildi.
  • 1903 — İlk dəfə “Tour de France” velosiped yarışına start verildi.
  • 1944 — İkinci dünya müharibəsinin gedişi zamanı sovet qoşunları Novqorodu azad etdilər.
  • 1965 — “Naxçıvan”, “Boksitoqorsk”, “Sevsk” və “Sebej” balıqçı gəmilərinin Berinq dənizində qəzaya uğraması nəticəsində 100 nəfər həlak oldu.
  • 1990 — Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan öz kimliyinə və tarixinə qayıtmaq üçün ana vətəni olan İrana keçib.
  • 1993 — Azərbaycan Respublikası Qırğızıstan ilə diplomatik əlaqələr qurdu.
  • 2007 — Jurnalisti Hrant Dink İstanbulda qətlə yetirildi.
  • 20 yanvar tarixində olan hadisələr

  • 1265 — Hersoq Lankaster ilk ingilis parlamentini toplamışdır.
  • 1944 — İkinci Dünya Müharibəsinin gedişi zamanı Böyük Britaniya hərbi hava qüvvələri Berlinə 2300 ton bomba tullamışlar.
  • 1961 — Con Kennedi ABŞ-ın 35-ci prezidenti seçilmişdir.
  • 1980 — ABŞ prezidenti Cimmi Karter Moskva Yay Olimpiadasını boykot edəcəklərini elan etmişdir.
  • 1990 — SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusu hissələri həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə hücum etmiş, bu hücum nəticəsində 150-dən artıq dinc sakin qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdır.
  • 1996 — Yasir Ərəfat Fələstinin prezidenti seçilmişdir.
  • 2010 — Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.

21 yanvar tarixində olan hadisələr

  • 1701 — I Pyotrun fərmanı ilə Moskvada Top Əmrləri Məktəbi açılır.
  • 1775 — Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib.
  • 1920 — Parisdə Versal Sülh Konfransı başa çatıb.
  • 1968 — Göyərtəsində 4 hidrogen bombası olan ABŞ hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayıb. Bombalardan biri indiyədək tapılmayıb.
  • 1977 — İtaliyada aborta rəsmi icazə verilir.
  • 1990 — Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu “qeyri-qanuni yığıncaq” adlandırıb. Sessiyada Bakıdan qoşunların çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.
  • 1998 — Roma papası II İohan Pavel ilk dəfə olaraq kommunist rejimli ölkəyə, Kubaya səfər edib.

22 yanvar tarixində olan hadisələr

  • 1863 — Polşada “Yanvar qiyamı” ilə milli azadlıq hərəkatı başlamışdır.
  • 1905 — Rusiyada tarixə “Qanlı bazar” adı ilə düşmüş inqilab baş vermişdir.
  • 1932 — Türk dilində ilk dəfə “Quran” İstanbulda məscidlərin birində uca səslə oxunmuşdur.
  • 1957 — İsrail ordusu Sinay yarımadasından çəkilsə də, Qəzzə bölgəsi işğaldan azad olunmamışdır.
  • 1970 — Boinq 747 təyyarəsi ilk dəfə havaya qalxmışdır.
  • 1990 — 20 yanvar şəhidləri Bakının ən uca yeri olan Dağüstü Parkda dəfn edilmişlər.
  • 2005 — Şimali Koreyanın xarici işlər naziri Kim Ke Qvan KXDR-in nüvə silahına malik ölkə olduğunu elan etmişdir.

23 yanvar tarixində olan hadisələr

  • 98 — Trayan Roma imperatorluğuna rəhbərliyi ələ alıb.
  • 1792 — Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib.
  • 1832 – Fransız impressionist rəssamı Eduard Mane anadan olub.
  • 1849 — Amerikalı həkim Elizabet Blakvel Qərb Yarımkürəsində doktorluğu müdafiə etmiş ilk qadın kimi tarixə düşüb.
  • 1922 — Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb.
  • 1950 — Knesset (İsrail parlamenti) Təl-Əvivi İsrailin paytaxtı elan edib.
  • 1978 — Fransada kilsə ölüm hökmünün ləğvinə razılıq verib.
  • 1990 — 41 il əvvəl Macarıstana girən Sovet ordusu ölkəni tərk edib.
  • 1992 — ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb.

24 yanvar tarixində olan hadisələr

  • 1909 — Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Janna d’Arkı müqəddəs elan edib.
  • 1924 — Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb.
  • 1940 — Azərbaycan Rus Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub.
  • 1978 — SSRİ-nin nüvə reaktorlu kosmik raketi “Kosmos 954” okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.
  • 1984 — “Apple” şirkəti “siçan”la idarə olunan ilk kompüteri bazara çıxarıb.
  • 1992 — Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.
  • 1994 — Türkiyənin ilk rabitə peyki “TÜRKSAT 1” orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeanına düşüb.

25 yanvar tarixində olan hadisələr

  • 1325 — III Eduard İngiltərə kralı oldu.
  • 1554 — Braziliyada San-Paulu şəhərinin əsası qoyuldu.
  • 1879 — Bolqarıstan Beynəlxalq Bankı yaradıldı.
  • 1918 — Ukrayna bolşevik Rusiyasının aslılığından ayrıldığını bəyan etdi.
  • 1924 — Fransanın Şamoni şəhərində 16 ölkədən 200-ə yaxın atletin iştirakı ilə ilk Qış Olimpiya oyunları başladı.
  • 1999 — Qərbi Kolumbiyada baş verən zəlzələ min nəfərin həyatına son qoydu.
  • 2001 — Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.

26 yanvar tarixində olan hadisələr

  • 1531 — Portuqaliyanın Lissabon şəhərində baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu.
  • 1837 — Miçiqan ABŞ-ın 26-cı ştatı elan edildi.
  • 1860 — Amerika vətəndaş müharibəsi: Virciniya yenidən ştatlar birliyinə qoşuldu.
  • 1965 — Hind dili Hindistanın rəsmi dili kimi qəbul edildi.
  • 1980 — İsrail və Misir arasında diplomatik əlaqələr yaradıldı.
  • 1995 — Azərbaycan Respublikası Xorvatiya ilə diplomatik əlaqələr qurdu.

27 yanvar tarixində olan hadisələr

  • 98 — Nervanın ölümündən sonra Trayan Roma İmperatoru oldu.
  • 1299 — Osmanlı İmperiyasının əsası qoyuldu.
  • 1593 — Vatikan Cordano Bruno barədə yeddiillik məhkəmə prosesini başlatdı.
  • 1695 — II Əhmədin ölümündən sonra II Mustafa Osmanlı İmperiyasının sultanı oldu.
  • 1888 — Vaşinqtonda Beynəlxalq Coğrafiya Cəmiyyətinin əsası qoyuldu.
  • 1944 — İkinci dünya müharibəsi: Leninqradın 900 günlük mühasirəsi başa çatdı.
  • 1993 — Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurdu.

28 yanvar tarixində olan hadisələr

  • 1958 — Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak oldu.
  • 1965 — Kanada bayrağının dizaynı parlament aktı ilə qəbul edildi.
  • 1982 — Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan ASALA tərəfindən qətlə yetirildi.
  • 1986 — Göyərtəsində 7 astronavt olan “Challenger” kosmik gəmisinin startdan 73 saniyə sonra 14 km yüksəklikdə partlaması nəticəsində bütün heyət üzvləri həlak oldu.
  • 1992 — “Ağdam-Şuşa” marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu, çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak oldu.
  • 2002 — Ekvadorun TAME hava yolu şirkətinə aid Boeing 727-100 təyyarəsinin And dağlarına çırpılması nəticəsində 92 nəfər həlak oldu.

29 yanvar tarixində olan hadisələr

  • 1547 — Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib.
  • 1821 — İlk dəfə Rus dənizçiləri Antarktidaya çıxıblar.
  • 1833 — Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib.
  • 1896 — Amerika fiziki Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib.
  • 1956 — Almaniya Demokratik Respublikası Varşava müqaviləsinə qoşulub.
  • 1978 — İsveçrə ozon təbəqəsinə zərər verdiyi üçün bütün aerozol maddələrin satışını qadağan edən ilk ölkə olub.
  • 2001 — Fransa parlamenti uydurma “erməni soyqırımını” tanıyıb.

30 yanvar tarixində olan hadisələr

  • 1649 — İngiltərə kralı I Karl Stüart (şəkildə) edam edildi.
  • 1933 — Adolf Hitler Almaniyanın kansleri seçildi.
  • 1948 — Mahatma Qandi ekstremist Nathuram Qodse tərəfindən qətlə yetirildi.
  • 1982 — 15 yaşlı məktəbli Riçard Skrenta ilk kompüter virusunu yazdı.
  • 1992 — Azərbaycan ATƏM-ə üzv qəbul edildi.
  • 2000 — Keniya Hava Yollarına aid Airbus A310-300 təyyarəsinin Atlantik okeanına düşməsi nəticəsində 169 nəfər həlak oldu.
  • 2007 — “Windows Vista” əməliyyat sistemi və “Microsoft Office 2007” proqram paketi satışa çıxarıldı.

31 yanvar tarixində olan hadisələr

  • 1714 — I Pyotr Rusiyada ən qədim muzey sayılan Kunstkameranı təsis etdi.
  • 1865 — Dmitri Mendeleyev “Spirtin su ilə birləşmələri” adlı dissertasiyasını müdafiə etdi.
  • 1946 — Yeni konstitusiyaya görə, Yuqoslaviya 6 respublikadan ibarət federasiyaya çevrildi.
  • 1950 — ABŞ Prezidenti Harri Trumen hidrogen bombası planını açıqladı.
  • 1968 — Nauru Avstraliyadan müstəqillik qazandı.
  • 1990 — Moskvada ilk “McDonald’s” kafesi açıldı.
  • 2000 — Alyaska Hava Yollarına aid MD-83 təyyarəsinin Sakit okeana düşməsi nəticəsində 88 nəfər həlak oldu.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button