Digər

Yeni ilə aid uşaq şeirləri

Yeni ilə aid uşaq şeirləri

Yeni il

Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.

Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.

Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.

Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
Qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.

Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.

”resim-aciklamasi”

Müəllif: Elbəyi Cəlaloğlu

 

yeni il gelir

 

Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.

Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.

Bəzənmişdir yolkalar,
Onların da sözü var:
– Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.

Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.

Müəllif: Hikmət Ziya

 

yeni il

Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.

Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.

Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.

Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.

Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.

Müəllif: Elbəyi Cəlaloğlu

 

Köhnə il gedir, yeni il gəlir
Hər kəsə təzə ildən bir möcüzə gözləyir
Yolka qurulur, süfrə bəzənir
Hər yolkanın altında hədiyyələr gizlənir.
Balaca uşaqlar həyəcanla çağırar
Şaxta baba şaxta can hardasan bu vaxtacan?
Payızda gəl qışda gəl Qorxmursansa yayda gəl.
Əynində xalatı, belində torbası
Şaxta baba tez gələr uşaqlar təəccüblənər,
Saxta baba söyləyər
Mənim əziz nəvələrim
Qarlı dağlar aşmışam, çox ellər dolaşmışam
Dağlardan qaçıb gəlmişəm, sizə hədiyyə gətirmişəm.

 

şaxta babanin nəqməsi

Qopdu bayırda tufan
Uğuldadı yel boran
Döyüldü pəncərə bərk
Açdı qapını külək
Yelləndi çilçiraqlar,
Doldu evə soyuq qar.
Aha aha diyəsən
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
Şaxta babadır gələn
Şaxta baba şaxtacan
Hardasan bu vaxtacan
Şaxta baba gülərək
Uşaqlarla təkbətək
Qucaqlaşıb görüşdü
Nə isə yadına düşdü
Fikrə getdi bir qədər,
Dedi – əziz körpələr
Qarlı dağlar aşaraq
Çox ellər dolaşaraq
Dağlarda qurdum dəyə
Gəldim sizi görməyə.

Müəllif: Əhməd Cəmil

 

 

Yeni ildə uşaqlar

Böyük yolka qurdular,

Yolkanın ətrafında

Çaldılar, oynadılar,

Şaxta baba hamıya

Çoxlu hədiyyə verdi,

Uşaqları bax belə,

O sevdi, əzizlədi:

«Mənim əziz balalarım,

Qardan təmiz balalarım,

Gəlin, birlikdə deyək,

Yeni iliniz mübarək!

 

 

şən yolka

Geyinmisən al-əlvan
Budaqların çırağban.
Dövrə vurub qız-oğlan
Nəğmə deyir şən-yolka
Sən nə gözəlsən yolka.

Dildə gəzir sorağın
Bəzənib hər budağın
Şaxta baba qonağın
Olmuş sənin şən yolka
Sən nə gözəlsən yolka.

Çölü meşəni bəzə
Düzləri gəzə-gəzə
Hər il qonaq gəl bizə
Ürək açan şən yolka
Sən nə gözəlsən yolka.

Müəllif: Tofiq Mütəllibov

 

Geyinmisən al-əlvan
Budaqların çırağban.
Dövrə vurub qız-oğlan
Nəğmə deyir şən-yolka
Sən nə gözəlsən yolka.

Dildə gəzir sorağın
Bəzənib hər budağın
Şaxta baba qonağın
Olmuş sənin şən yolka
Sən nə gözəlsən yolka.

Çölü meşəni bəzə
Düzləri gəzə-gəzə
Hər il qonaq gəl bizə
Ürək açan şən yolka
Sən nə gözəlsən yolka.

Müəllif: Tofiq Mütəllibov

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button