Digər

20 yanvar haqqinda inşa-şeir ( məlumat )

20 yanvar haqqinda inşa-şeir ( məlumat )

20 yanvar haqqinda inşa ( məlumat )

 

Tarixdə elə hadisələr olur ki, baş verən kimi tarix olur. Öz adıyla, öz ünvanıyla qırmızı və ya qara xətlə tarix səhifəsinə, eləcə də xalqın qan yaddaşına həkk olunur. Azərbaycan tarixinin belə səhifələrindən biri 1990-cı ildə erməni-rus hərbi birləşmələrinin xalqınıza qarşı xüsusi amansızlıqla törətdiyi 20 Yanvar faciəsidir. Bəs əslində həmin gecə nə baş vermişdi?

Yanvarın 20-də qanlı sovet rejimi Azərbaycan xalqına qarşı əvvəlcədən düşünülmüş və plan- laşdırılmış dəhşətli qırğın aktı həyata keçirdi. Dinc əhaliyə qarşı tarixdə misli görünməmiş cinayət törədildi: dövlət öz vətəndaşlarına – əliyalın mülki əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara silah qaldırdı. Ən adi və qanuni hüquqlarının pozulmasına – müqəddəs Vətən torpağı olan Dağlıq Qarabağın zorla əlindən qoparılıb alınmasına dinc yolla etiraz edən əhaliyə qəddarcasına divan tutuldu. Azərbaycanın paytaxtında və rayonlarda qan su yerinə axıdıldı. Bu dəhşətli hərbi cinayəti həyata keçirməzdən bir neçə gün əvvəl DTK-nın təxribat maşını işə salındı, «xüsusi hazırlıq işləri» görüldü: xəstəxanalar boşaldıldı, Bakıda xidmət edən rus zabitlərinin ailələri ölkədən çıxarıldı. Milliyyətcə rus olan əhalinin nümayəndələri ölkəni tərk etməyə başladı, süni surətdə «rus qaçqınları» problemi yaradıldı. Rəsmi dairələr kütləvi informasiya vasitələri ilə çıxış edib xalqı aldatdılar ki, Bakıya heç bir ordu hissələri yeridilməyəcək. Qırğından bir neçə saat əvvəl isə Azərbaycan televiziyasının enerji bloku rus hərbçiləri tərəfindən partladıldı. Xalqın ölkə daxilində və xarici aləmlə informasiya əlaqəsi kəsildi. Və əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun göstərişi, güc nazirləri Yazov, Bakatin və Kryuçkovun bilavasitə başçılığı ilə müxtəlif növ ordu hissələri Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki «zəngin» tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı. İşğalçı sovet ordusu Bakı qırğını zamanı bir sıra taktiki «yeniliklər» də tətbiq etdi. Zirehli hərbi texnikanın müşayiəti ilə həyata keçirilən bütün hücum istiqamətlərində qəflətən işıqlar söndürüldü. Öz dövlətindən güllə yağışı gözləməyən və buna görə də çaşqın vəziyyətə düşən əhali projektorların işıqları altında gülləbaran edildi, xalqa xüsusi amansızlıqla divan tutuldu. Nömrəsiz tanklar, zirehli maşınlar birbaşa kütlələrin üzərinə sürüldü. Başlarına xüsusi maskalar keçirmiş quduzlaşmış cəza dəstələri ən adi beynəlxalq hüquq normalarına belə məhəl qoymadan qadınları, uşaqları, qocaları, özlərini yaralıların köməyinə yetirən ağ xalatlı tibb işçilərini, təcili yardım maşınlarını, eyvanlara çıxan, pəncərədən baxan dinc əhalini, xəstəxanaları, hətta uşaq xəstəxanasını da atəşə tutdular. Əliyalın əhali istifadəsi qadağan edilən və xüsusi dağıdıcı qüvvəyə malik olan güllələrlə güllələndi. Küçələri, meydanları tərk edib gedən əhalini arxadan gülləyə basdılar. Bu ağır cinayətin izini itirmək və yaralı şahidlərin sağ qalmasına yol verməmək üçün can üstündə olanlar da süngüdən keçirildi, tankların, zirehli maşınların altına salınıb əzildi və tələsik yığılıb gizlədildi. Yanvarın 19-dan 20-nə keçən gecə səhərədək Bakı küçələrində qırğın davam etdirildi, qan su yerinə axıdıldı. Yalnız cinayət başa çatdırıldıqdan sonra – ertəsi gün fövqəladə vəziyyət barədə fərman elan edildi. Bu fərman hərbi radiostansiya vasitəsilə xalqa elan olunarkən artıq öz qanlı «missiyasını» başa çatdırmış cəza dəstələri tələm-tələsik Bakıdan çıxarılmış, şəhərə yeni nizami ordu hissələri yeridilmişdi. Bütün gecəni həyata keçirilmiş cinayətin izini itirmək üçün 20 yanvar günü əhaliyə küçəyə çıxmaq qadağan olundu, xalqın guya orduya müqavimət göstərdiyini «sübut etmək» üçün, həm də əhalini vahimədə saxlamaq məqsədilə hərbçilər tərəfindən süni atışmalar təşkil edildi. Həlak olmuş qohum- əqrabasını, yaralılarını, itkin düşənlərini axtarmaq üçün küçələrə çıxmış, stress vəziyyətində olan sarsılmış vətəndaşlar günün günorta çağı güllələndilər..

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər (119 azərbaycanlı, 3 yəhudi, 3 tatar, 6 rus) öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən

200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalan- mışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin xalqlar həbsxanası olan imperiyanın bu azğınlığı xalqımızın gözünü qorxutmadı. Azərbaycanın qəhrəman övladları tarixə daha bir qəhrəmanlıq səhifəsini öz qanları ilə yazdılar. İllər keçəcək xalqımız tarixin bu şərəfli səhifəsini həmişə fəxr və qürur hissi ilə yad edəcək.

”resim-aciklamasi”

Kitabxanalarda da hər il Qanlı Yanvar hadisələri ilə bağlı bir sıra kütləvi tədbirlər keçirirlər. Tədbirləri keçirməkdə əsas məqsəd oxucularda vətəndaşlıq hisslərinin tərbiyə edilməsi, tarixin ən mühüm hadisələri haqqında məlumat- landırılması, ermənilərin işğalçılıq siyasətinin açıqlanması, torpaqlarımızın işğalının məhz 20 yanvardan başlanması haqqında məlumat verməkdir.

Bu məqsədilə 20 Yanvar faciəsinə gair kitabxanamızın fondunda olan kitablardan bir neçəsinin icmalı :

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin birinci cildinə bu dahi şəxsiyyətin xalqın istəyi və xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993- cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda ölkəmizin həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir.

Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin bu cildində 12 yanvar 1994-cü il tarixdə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclasındakı tarixi əhəmiyyətli çıxışı ilə da bu cilddə yer alıb.

 

20 yanvar haqqında şeir

 

Bax gör necə aludə olub qanə şəhidlər,
Şahid gedəcək bu gecə Qurana şəhidlər!

Sübhdən çıxalı evlə vida eyləməyən var,
Tanrım, sönə düşmənin evindəki çıraqlar!
Güllə səsi tutmuş bu gecə xeyli qulaqlar
Bir-bir tökülür xəzreyi ümmanə şəhidlər!

Kaş ki, Bakıda ol gecə al qanı görəydin,
Asfalta yıxılmış neçə cavanı görəydin,
Əlində tutmuş əsləhə şeytanı görəydin,
Onda bilərdin ki, yetir canə şəhidlər!

Bəzi ananın tək çırağı söndü o axşam,
Şəhidlər necə hicr oduna yandı o axşam,
Hürriyəti insan balası dandı o axşam,
Zülfünə çəkib qırmızı şanə şəhidlər!

Ovundura bilməz bir nəfər şəhid atasın,
Yadına salar İbrahimin  kuhi minasın,
Əflakə çəkər ahu fəqan darı nəvasın
Qəlblər soyulur hər gecə viranə şəhidlər!

Şəhid anası gəzmə belə gül sorağında,
Hicranə yanırsan qalırsan gül fərağında,
Baş əymədilər ol yağı düşmən qabağında,
Zülm olsada can verdilər mərdanə şəhidlər!

Oldu Bakıda Kərbibəla tufanı Allah!
Ağlamağ olub millətimin hər anı Allah!
Güllər səpilib yollara minlər sanı Allah!
Göz yaşı axır guşeyi xiyabana şəhidlər!

Yaz Dost Əli ol qəmli-kədərli gecələrdə,
Göz yaşlı ürək odlu qəhərli gecələrdə,
Zülm ilə keçən qarə zəhərli gecələrdə,
Bil daxili cənnətdi rizvanə şəhidlər!

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button