Digər

Dəm qazından zəhərlənmə zamanı ilk yardım

Dəm qazından zəhərlənmə zamanı ilk yardım

Dəm qazından zəhərlənmə zamanı ilk yardım

Xüsusilə qış aylarında artan dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün qaz avadanlıqları vaxtında yoxlanılmalı, tüstü bacaları təmizlənməlidir.

Hamam otaqlarında havalandırma yerləri olmalıdır. Dəm qazından ilkin zəhərlənmə əlamətləri hiss edildiyi zaman qazı bağlayaraq məkandan uzaqlaşmaq lazımdır. Zəhərlənmənin ilkin simptomlarına baş ağrısı, baş icəllənmə və ürəkbulanmanı misal göstərmək olar. Dəm qazından zəhərlənmə təhlükəsini nəzərə alaraq, qapıları mümkün olduqca açıq saxlamaq vacibdir. Nəzərə almaq lazımdır ki, zəhərlənmə zamanı vaxt çox önəmlidir. Kilidli qapını açmaq, xəstəni çölə çıxarmaq müəyyən qədər vaxt itkisinə səbəb ola bilər. Ağır zəhərlənmə zamanı xəstəni bir neçə dəqiqə, hətta saniyələr içində itirmək mümkündür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-toksikoloq İsmayıl Əfəndiyev qış aylarında intensivləşən dəm qazı zəhərlənmələri barədə danışarkən deyib.

Həkim-mütəxəssis dəm qazından zəhərlənmiş xəstələrə ilkin tibbi yardım barədə məlumat verib. Qeyd edib ki, ilk növbədə, xəstəni dəm qazı yayılmış otaqdan çıxarmaq və havası təmiz olan məkana aparmaq, qapını, pəncərəni açaraq otağı havalandırmaq lazımdır. Tənəffüsün normallaşması üçün xəstənin dilini çölə çıxarmaq, ağız boşluğunu təmizləmək vacibdir. Əks halda, xəstə zəhərlənmə deyil, boğulma nəticəsində də həyatını itirə bilər. Həmçinin dəm qazından zəhərlənən xəstə huşunu itirdikdən 2-3 dəqiqə sonra özünə gəlsə də, tibbi müdaxiləni yekunlaşdırmaq olmaz. Təəssüflər olsun ki, zəhərlənmə iki mərhələli ola bilər. Həmin vaxt zəhərlənmə qandan toxumaya, hüceyrə səviyyəsinə keçə bilər. Bu, nevroloji ağırlaşmalara gətirib çıxarar. Ona görə də dəm qazından zəhərlənən xəstə həkim tərəfindən mütləq müayinə olunmalı, lazım gələrsə, xəstəxanaya yerləşdirilməlidir”.

İ.Əfəndiyevin dediyinə görə, ağır zəhərlənmə zamanı beyin hüceyrələri hətta bir neçə saniyə ərzində məhv ola, yəni, geridönməz zəhərlənmə baş verə bilər: “Dəm qazının konsentrasiyası nisbi orta olarsa, zəhərlənmə 5-10 dəqiqə sonra da müşahidə edilə bilər. Ümumiyyətlə zəhərlənmə dəm qazının qana keçərək oksigen əvəzinə hemoqlobinlə birləşməsi və zəhərləyici maddə əmələ gətirməsi nəticəsində baş verir. Nəticədə, orqanizmdə, xüsusilə də ürək və beyin kimi həssas orqanlarda oksigen çatışmazlığı yaranır. Dəm qazı günlər sonra da ağır fəsadlaşmalara səbəb ola bilər. Xəstənin hətta iflic olmaq, yaddaşını və ya görməsini itirmək təhlükəsi də var. Dəm qazına “görünməz qatil” deyirlər, çünki onun rəngi və qoxusu yoxdur”.

Həkim-toksikoloq, həmçinin bildirib ki, dəm qazı xroniki xəstəliyi olanlara daha tez təsir göstərir: “Ürək çatışmazlığı, beyin xəstəlikləri olanlar, hipertoniyadan əziyyət çəkənlər dəm qazı təhlükəsi ilə daha çox üz-üzədirlər. Təəssüflər olsun ki, dəm qazından ölüm halı hər kəsdə, həm qocalar, həm də uşaqlar arasında qeydə alınır”.

”resim-aciklamasi”

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button